Putinin istirahət otağı ilk dəfə nümayiş olundu - VİDEO

18:20 22-11-2020 17

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə jurnalistlərə Novo-Oqarevodakı rezidensiyasında məkanlardan birini göstərib.

Bu barədə “Rossiya 1” telekanalı məlumat yayıb.

Kanalın yayımladığı kadrlardan göründüyü kimi, otağın interyerində açıq rənglərdən istifadə olunub. Burada divan, televizor, həmçinin iki kreslo və kiçik bir masa var.

Müxbir Pavel Zarubin qeyd edib ki, indiyə qədər heç kim bu otaqda nə olduğunu görməyib.