“Barselona” üç qolla üç xal qazanıb üçüncü pilləyə yüksəldi

02:40 07-01-2021 28

İspaniya La Liqasında ikinci turdan təxirə salınmış bir qarşılaşma baş tutub.

Sözügedən matçda Bilbao təmsilçisi “Atletik”lə “Barselona” üz-üzə gəlib.

Meydan sahibləri erkən qola sevinsə də, kataloniyalılar “come back” etməyi bacarıblar.

Üç qol vuran “Barselona” əzmkar qələbə ilə üç xal qazanıb və üçüncü pilləyə yüksəlib.

İspaniya La Liqası
II turdan təxirə salınan oyun
6 yanvar

“Atletik” – “Barselona” – 2:3
Qollar:
Uilyams, 3, Muniayn, 90 – Pedri, 14, Messi, 38, 62