Vaşinqtondakı iğtişaşlara görə 68 nəfər saxlanılıb

01:20 08-01-2021 33

Ötən gün ABŞ-ın paytaxtı Vaşinqtonda kütləvi iğtişaşlarla əlaqədar 68 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Vaşinqton şəhərinin polis rəhbəri Robert Konti mətbuat konfransında məlumat verib.

“68 nəfər saxlanılıb. Həbs olunanlar arasında 60 kişi və səkkiz qadın var. Təkcə 41 nəfər Kapitoli təpəsi adlandırılan yerdə saxlanılıb”, - deyə R.Konti qeyd edib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında etiraz aksiyası keçirib, daha sonra binaya daxil olublar.

Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.

Toqquşmalar nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.