“Yuventus”un daha bir futbolçusu COVID-19-a yoluxdu
03:20 09-01-2021 388
“Yuventus” klubunun niderlandlı müdafiəçisi Matteys de Liqt koronavirusa yoluxub.
Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
“Futbolçu artıq klubun digər üzvlərindən tam təcrid olunub”, - klubun mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Yuventus”un iki futbolçusu - Aleks Sandro və Xuan Kuadradonun da COVID-19 testi pozitiv çıxmışdı.