ABŞ-da son sutkada koronavirusa 283 mindən çox yoluxma

06:00 10-01-2021 354

ABŞ-da son 24 saatda koronavirusa 283 mindən çox yeni yoluxma qeydə alınıb.

Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Ölkədə son sutkada koronavirusdan 3456 nəfər ölüb.

Xatırladaq ki, ABŞ-da pandemiyanın başlanğıcından bu yana koronavirusa ümumilikdə 21.8 milyondan çox yoluxma qeydə alınıb.