Əyləncə axtaran valideynlər 10 yaşlı övladlarını xəstəxanalıq etdilər - VİDEO

01:00 11-01-2021 26

Rusiyanın Amur vilayətində avtomobilə bərkidilmiş xizəkdə sürüşən uşağı maşın vurub. 

"Mash" "Telegram" kanalının yaydığı məlumata görə, 10 yaşlı oğlanın valideynləri ona xizək geyindirib kəndirlə maşına bərkidiblər.

Çigiran su anbarında sürüşməyə gələn uşağı sürətlə hərəkət edən başqa bir maşın vurub.

Xoşbəxtlikdən uşaq sağdır, xəstəxanada müalicə alır.