SOCAR-ın Ukraynada iki üzən YDM-i fəaliyyət göstərir - FOTO

14:00 12-01-2021 22

SOCAR-ın Ukraynadakı törəmə şirkətinin üzən yanacaqdoldurma məqtəqələri fəaliyyət göstərir.

Bu barədə Dövlət Neft Şirkəti məlumat verib.

Bildirilib ki, “SOCAR Enerji Ukrayna” şirkətinin Kiyev və Odessada kiçik və orta ölçülü gəmiləri yanacaqla təmin edən iki üzən yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Enerji Ukrayna” şirkəti vasitəsilə həyata keçirir və şirkət fəaliyyətə başladığı dövrdən etibarən SOCAR tərəfindən ümumilikdə 300 milyon ABŞ dollarına qədər sərmayə yatırılıb. Ukrayna ərazisində şirkətə məxsus 60-dan çox yanacaq doldurma məntəqəsi və dörd ədəd neft bazası fəaliyyət göstərir.

SOCAR bu il Ukraynanın Kiyev, Xarkov və Dnepr şəhərlərində yeni yanacaqdoldurma komplekslərinin açılmasını planlaşdırır.