Tovuzda VAZ ağaca çırpıldı: Avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfəri FHN çıxardı

00:00 13-01-2021 423

Tovuzda minik avtomobili ağaca çırpılıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunun Azaflı kəndində VAZ markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.