Sosial şəbəkədə qapılarının döyüldüyünü və bərk qorxduğunu deyən uşaq yarım saat sonra öldürüldü - VİDEO

06:20 19-02-2021 22

Doqquz yaşlı Melisa sosial şəbəkədə qapılarının döyüldüyünü və çox qorxuduğunu dedikdən yarım saat sonra öldürülüb.

“Mash” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Çita şəhərində baş verib.

“O, qapımızı döyür, qışqırır və söyür. Mən qorxuram”, - deyə qız videoda bildirir.

Qızın danışığından belə aydın olur ki, haqqında danışdığı qonşusu evlərində gedən təmirin səsindən şikayətlənib. O, qapını uzun müddət döyüb, ancaq heç kəsin açmadığını görəndə qapının arxasından atəş açıb, güllə qıza dəyib.

Hazırda həmin şəxs saxlanılıb, ifadəsi alınır.