Yapon alimlər qocalmanı gecikdirməyin yolunu tapıblar

07:00 19-02-2021 21

Tokio Universitetinin alimləri yaşlanmanı ləngitməyin yolunu tapıblar.

“RİA Novosti” xəbər verir ki, qocalma əleyhinə dərmanların istifadəsi 5-10 ildən sonra başlaya bilər.

Yaşlanma prosesi bədəndə bölünmə qabiliyyətini itirərək yığılıb iltihab və qocalmaya səbəb olan hüceyrələr səbəbindən baş verir.

Yapon alimləri bu cür hüceyrələrin mövcudluğu üçün lazım olan GLS1 fermentini yox etməklə “qocalma hüceyrələrini” məhv edən mexanizm hazırlayıblar.

Mütəxəssislər nəticələrini siçanlar üzərində uğurla sınaqdan keçirə biliblər.

İnhibitor olaraq bəzi klinik onkoloji növləri üçün artıq klinik sınaqların ilk mərhələsindən keçən dərmanın istifadəsi təklif olunur.

Xərçəng hüceyrələrinin də GLS1-dən asılı olduğu bildirilir.

Yaponiyada hesab edirlər ki, dərman təsdiqlənərsə, 5-10 il ərzində yalnız təyinatı üzrə deyil, həm də erkən yaşlanmanın müalicəsi olaraq istifadə edilə bilinəcək.