Qusarda tanışını bıçaqlayan şəxsin məhkəməsi keçirilir

18:00 19-02-2021 34

Oktyabrın 28-də saat 19:00 radələrində Qusar rayon sakini 1987-ci il təvəllüdlü Eldarov Ramiz Xeyirbəyoviçin çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Qusar rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2002-ci il təvəllüdlü Qocayev Amil Nəcmuddin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Ramiz Eldarovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Amil Qocayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.