Ağsuda sürücü yol qəzasında ağır xəsarət aldı

01:40 20-02-2021 29

Ağsuda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nuriyev Gündüz Əlisahib oğlu müxtəlif xəsarətlər alıb. Yaralı əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.