Stiv Cobsun iş üçün müraciət ərizəsi auksionda satışa çıxarıldı - FOTO

04:40 20-02-2021 20

“Apple”ın qurucusu Stiv Cobsun iş üçün müraciət ərizəsi London auksionunda 15 min sterlinqə (Təxminən 35 493 AZN) satışa çıxarılıb.

Bu barədə “Daily Mail” xəbər verib.

Ərizədə Cobsun hansı iş üçün müraciət etdiyi göstərilməyib, ancaq onun kompüter, kalkulyator və elektronika, həmçinin dizayn bacarıqları vurğulanıb.

Sənəddəki tarix iş adamının “Apple”ın həmtəsisçisi Stiv Voznyak ilə tanış olmasından bir il əvvəli - 1973-cü ili göstərir.

1973-cü ildə Cobsun 18 yaşı olub.