“TikTok”da yayılan oyun iki məktəblini xəstəxanalıq etdi - VİDEO

05:40 24-02-2021 18

“TikTok”da yayılan oyun ikinci sinif şagirdlərini xəstəxanalıq edib.

 “Mash” “Telegram” kanalının məlumatına görə, hadisə Dağıstanın Kaspiysk şəhərində baş verib.

Bildirilir ki, yeddinci sinif şagirdləri özlərindən balacalarla zarafat etmək üçün onları sosial şəbəkədə populyarlıq qazanan “Skull Breaker” oyunu oynamağa məcbur ediblər.

Oyuna əsasən, iki nəfər kənarda, bir nəfər isə mərkəzdə durur. Mərkəzdəki yüksəyə tullanmalı, kənardakılar isə onun ayağından vurmalıdır.

Hazırda ibtidai sinif şagirdlərindən birinə beyin sarsıntısı, digərinə isə ayağında zədələnmə və sümüklərin yerdəyişməsi ilə bud sınığı diaqnozu qoyulub.