Böyük Britaniyada qorxunc araşdırma: Hər səkkiz nəfərdən biri...

04:00 02-04-2021 30

Britaniyalı alimlərin koronavirusdan sağalanlarla bağlı apardıqları araşdırma qorxunc nəticəni ortaya çıxarıb.

“Haber Global” məlumat verir ki, araşdırmanın nəticələrinə görə, 2020-ci ilin 31 avqustuna qədər xəstəxanadan buraxılan xəstələrin üçdə biri sonrakı dörd ay müddətində yenidən xəstəxanaya müraciət ediblər.

Həmin müddətdə bu xəstələrin səkkizdə biri həyatını itirib.

Mütəxəssislər hesab edir ki, xəstələr koronavirusdan sağalsalar da, onları nəzarətdə saxlamaq lazımdır.