İki cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır

10:00 02-04-2021 29

Bu gün Azərbaycanın daha iki cüdoçusu Türkiyənin Antalya şəhərindəki “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

HerGun.Az xəbər verir ki, hər iki idmançımız 81 kq çəki dərəcəsində yarışacaq.

Belə ki, ötən ay Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş analoji turnirdə bürünc medal qazanmış Murad Fətiyev 1/16 finalda Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepien (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Zelim Tskayev isə 1/32 finalda Fetra Ratsimiziva (Madaqaskar) ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal qazanıb. Olimpiadaya lisenziya xalları verən yarışa aprelin 3-də yekun vurulacaq.