Reabilitasiya müəssisələrinin yarıdan çoxu doludur
12:40 02-04-2021 373
“Koronavirus pandemiyası səbəbindən reabilitasiya müəssisələrində yataq saylarına uyğun fəaliyyət göstərilir”.
HerGun.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.
Onun sözlərinə görə, hazırda xidmət göstərilən yataq sayları 60 faizdən yuxarıdır:
“Növbəlilik əsasında xidmət aparılır. Vətəndaş ərazi üzrə tibbi sosial ekspert komissiyasına müraciət etməlidir.
Onlar fərdi reabilitasiya proqramına cəlb edilir və müəssisənin təyinatına uyğun istiqamətləndirilir. Növbəlilik yaradılır və növbənin çatmasına 5 gün qalmış vətəndaş məlumatlandırılır”.
İlhamə Əbülfət