Ukraynada koronavirusdan rekord ölüm qeydə alındı

21:00 02-04-2021 25

Ukraynada koronavirusa gün ərzində rekord yoluxma və ölüm qeydə alınıb.

Korrespondent.net xəbər verir ki, son sutkada 17 569 yoluxma qeydə alınıb, 421 nəfər həyatını itirib.

Pandemiya başlayandan Ukraynada 1 691 737 yoluxma hadisəsi, 33 246 ölüm müəyyən edilib.