MMA idmançısının döyüş zamanı barmağı qopdu – VİDEO

05:00 03-04-2021 27

Əslən Osetiyadan olan kanadalı MMA idmançısı Hetaq Pliyev ABŞ-lı həmkarı Devin Qudeylo ilə qarşılaşmada qeyri-adi zədə alıb.

“Life” portalının məlumatına görə, döyüşçünün barmağı qopub. Hetaq bunu yalnız fasilə zamanı əlcəyini çıxararkən anlayıb.

İdmançının komanda üzvləri xeyli müddət qopub düşmüş bədən üzvünü axtarmalı olublar. Nəticədə, döyüşçünün barmağı əlcəyin içindən tapılıb.

Hazırda Pliyevin səhhətində heç bir problemin olmadığı, qopan barmağın öz yerinə tikildiyi bildirilib.