“Google” xəritəsində açıq qəbir görüntüləri təşviş yaratdı – FOTO

07:00 07-04-2021 30

Şəbəkə istifadəçiləri “Google” xəritələrində insanların içərisində yatdıqları iki üstü açıq məzar görüblər.

Bu barədə “Daily Mirror” xəbər yayır.

Qazılan məzarların ABŞ-ın Oregon ştatında Portland şəhəri yaxınlığında tapıldığı qeyd olunur. Eyni zamanda, istifadəçilər qəbirlərin yaxınlığında kürək və ya basdırmağa imkan verən başqa bir cihaz görməyiblər.

Məlum olub ki, qazılan “qəbirlər” çağdaş sənət festivalı çərçivəsində bir layihənin hissəsi olub.

Tamaşa ailə münasibətləri metaforasını nümayiş etdirib.