Media nümayəndələri ETSN-in təşkilatçılığı ilə Oxçuçay və Əhəng Dağında olublar

20:20 07-04-2021 22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə media nümayəndələri işğaldan azad edilmiş Zəngilan rayonuna səfər çərçivəsində Oxçuçay və Əhəng Dağında olublar.

HerGun.Az-ın məlumatına görə, jurnalistlər orada ermənilərin törətdikləri ekoloji vandalizmin şahidi olublar.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb:

“Hazırda dayandığımız sahə Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsidir. Yatağın ümumi ehtiyatı 6618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb”.

Ş.Ataşov qeyd edib ki, işğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb:

“Yataqda düşmən tərəfindən aparılan istismarın həcmini və dəymiş zərərin miqdarının müəyyənləşdirilməsi üçün geloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib”.

İlhamə Əbülfət