Kürdəmirdə qətl törədildi

09:20 08-04-2021 18

Kürdəmirdə qətl hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 52 yaşlı Səmədov Arif Abduləziz oğlu mübahisə zəminində hər iki bud nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Arif Səmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Səmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

Fakt araşdırılır.