Ankarada Türkiyə Silahlı Qüvvələrinin hərbi təlimləri keçirilib - FOTO

23:40 08-04-2021 14

Ankarada Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları briqadalarının iştirakı ilə hərbi təlimlər keçirilib.

Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata əsasən, təlimlər paytaxt Ankaranın Şərəflikoçhisar rayonunda yerləşən quru qoşunları poliqonunda baş tutub. Təlimlərə 1-ci və 12-ci motoatıcı piyada korpuslarının nəzdindəki tank briqadaları cəlb olunub.

Nazirliyin “Twitter” səhifəsində təlimlərlə bağlı paylaşım edilib. Paylaşımda təlimlərdə iştirak edən heyətlərin hədəfləri tam dəqiqliklə məhv etdikləri qeyd olunub və müvafiq fotogörüntülər dərc edilib.