ABŞ-da bir mənzildə olan beş nəfər odlu silahdan qətlə yetirilib

04:40 09-04-2021 380

ABŞ-da, Cənubi Karolinanın Rock Hill şəhərində baş verən silahlı insident nəticəsində iki uşaq da daxil olmaqla azı beş nəfər həlak olub.

Bu barədə Fox 13 telekanalı polisin açıqlamasına istinadən xəbər verib.

Hüquq-mühafizə orqanları atışmanın baş verdiyi yaşayış binasına sakinlərin bir neçə nəfərin öldüyü barədə çağırışından sonra yollanıb.

Hazırda insidentlə əlaqədar araşdırmaların aparıldığı qeyd olunur.