Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

01:40 28-04-2021 24

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Nadirov Telman Mürsəl oğlu evlərinin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.