Çempionlar Liqasında “ərəb” qarşıdurması

09:40 28-04-2021 27

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

HerGun.Az xəbər verir ki, PSJ öz meydanında “Mançester Siti” ilə üz-üzə gələcək.

Ərəblərin (müvafiq olaraq Qətər və BƏƏ ərəbləri – S.M.) sponsorluq etdiyi iki nəhəng klub finala vəsiqə qazanıb ilk dəfə Çempionlar Liqasının qalibi olmaq üçün qarşılaşacaq.

PSJ-də ispaniyalı Xuan Bernatın dizindəki zədə səbəbindən oynamayacağı dəqiqdir. “Mançester Siti”də isə artıq bütün zədəlilər sıraya qayıdıb.

Çempionlar Liqası

1/2 final (ilk oyun)

23:00 PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə)

Paris. “Park de Prins” stadionu

Səbuhi Musayev