“Mançester Siti” finalın qapısını araladı - VİDEO

01:40 29-04-2021 21

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir qarşılaşmasının ilk oyunu keçirilib.

HerGun.Az xəbər verir ki, Fransada PSJ ilə “Mançester Siti” üz-üzə gəlib.

Görüş ingilislərin 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı meydan sahibləri açıblar. Markinyos 15-ci dəqiqədə komandasını önə çıxarıb. İlk hissə Paris təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb.

İkinci yarıya daha yaxşı başlayan qonaqlar 64-cü dəqiqədə Kevin De Brün, 7 dəqiqə sonra isə Riyad Mahrezin vurduğu qollarla hesabı öz xeyrinə dəyişib.

Səfərdə qazanılan qələbə ilə final yolunda vəziyyətini yaxşılaşdıran “Mançester Siti” növbəti oyuna əhəmiyyətli dərəcədə üstünlüklə çıxacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) - 1:2

Qollar: Markinyos, 15 - Kevin De Bröyne, 64, Riyad Mahrez, 71