Azərbaycan Silahlı qüvvələrinin cərrah dəqiqliyi: Humanizmin ən yüksək səviyyəsi - VİDEO

20:40 30-04-2021 26

İstənilən müharibə kütləvi dağıntılar və humanitar fəlakətlə müşaiyət olunur.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayılan növbəti süjetində bildirlir.

“Ermənistan tərəfi mütəmadi olaraq Azərbaycanı 44 günlük Vətən müharibəsinin gedişində mülki obyektlərə hücum kimi müharibə cinayətlərində ittiham edir. Lakin Gəncə, Bərdə, Tərtər və digər Azərbaycan şəhərlərinin dinc sakinlərinin raket və top atəşinə tutulması barədə isə susur. Halbuki, bütün faktlar onu sübut edir ki, son hərbi əməliyyatların gedişində Azərbaycan Silahlı Qüvvələri düşmənə cərrah dəqiqliyi ilə zərbələr endirib”, - deyə süjetdə qeyd olunur.

Daha ətraflı “Caliber”in yeni videosüjetində: