Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb - FOTO

11:40 01-05-2021 18

Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Bu barədə HerGun.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.