Hindistanda koronavirusdan sutkalıq ölüm sayında rekord qeydə alınıb

11:00 02-05-2021 342

Hindistanda koronavirus (COVID-19) infeksiyasına 392 488 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Sutka ərzində analiz nümunələri müsbət çıxan 3 689 nəfər vəfat edib. Bu, koronavirusdan sutkalıq ölüm sayında rekorddur.

İndiyədək ölkədə ümumilikdə 19 557 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 542 nəfər vəfat edib.