Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

12:40 02-05-2021 15

Mayın 2-də  gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  gecə 11-13 dərəcə isti, gündüz 19-23 dərəcə  isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi  762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq. 

Mayın 2-də Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər  saatlarında duman. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  10-15 dərəcə isti, gündüz  23-28 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz  9-14 dərəcə isti olacaq.

Mayın 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.