İranla ABŞ arasında müəyyən razılaşmalar əldə olunub - İDDİA

19:20 02-05-2021 17

Vyanada keçirilən danışıqlar zamanı İranla ABŞ arasında müəyyən razılaşmalar əldə olunub.

Bu barədə Livanın “al-Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata əsasən, tərəflərdən hər biri digər ölkənin xeyrinə cəsusluqda ittham edilərək saxlanılan dörd nəfəri azad edəcək.

Bununla yanaşı, ABŞ İranın ölkə banklarında dondurulmuş aktivlərinin 7 milyard dəyərindəki bir qismini bərpa edəcək.

Telekanalın məlumatına görə, Britaniya və İran nümayəndə heyətləri arasında da danışıqlar baş tutub. Onların nəticələri barədə məlumat verilmir.

Qeyd edək ki, məhkumların dəyişdirilməsi üzrə İran-ABŞ razılaşması barədə məlumat artıq Dövlət Departamenti tərəfindən təkzib olunub.