İrlandiya dövlət başçısının iti ilə mehriban ünsiyyəti maraqla qarşılandı - VİDEO

07:40 05-05-2021 450

İrlandiya prezidenti Maykl Hiqqisin iti sahibinin diqqətini özünə çəkməyə çalışıb və nəticədə internet istifadəçilərinin sevimlisinə çevrilib.

Video İrlandiya dövlət başçısının rəsmi “TikTok” səhifəsində yayımlanıb.

Hadisə prezidentin irlandiyalı aktyor Tom Hikkinin ölümü ilə əlaqədar jurnalistlər önündə çıxışı zamanı baş verib.

Ev iti kameralar qarşısında prezidentin əli və pəncəyinin ətəyi ilə oynayaraq diqqəti özünə çəkməyə çalışıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə çoxsaylı şərhlər yazılıb.

İnternet istifadəçiləri it və sahibinin bu qədər səmimi münasibətdə olmasını müsbət hal kimi qiymətləriblər.