Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verib

14:40 06-06-2021 35

Rusiya Jurnalistlər İttifaqı Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

“Report”un məlumatına görə, qurumun rəsmi saytında yerləşdirilən başsağlığında deyilir:

“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalist minaya düşərək həlak olub. Partlayışın qurbanları iki bizim həmkarımız olub - televiziya operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov. Rusiya Jurnalistlər İttifaqı həlak olanların ailələrinə və dostlarına, həmkarlarına səmimi başsağlığı verir”.