Bakıya gələn yaponiyalı jurnalist: “Olimpiadanın keçirilməsini istəmirəm”

21:20 06-06-2021 20

“Bir yaponiyalı olaraq Tokio Olimpiadasının keçirilməsini istəmirəm. Çünki bu yarışın keçirilməsi dövlətə çox baha qiymətə başa gəlir. İkincisi, hazırda pandemiya şəraitində belə kütləvi yarışın keçirilməsini doğru saymıram. Məsələn, artıq Tayvan və KXDR bu yarışda iştirakdan imtina edib”.

Bunu HerGun.Az-a açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran Prisini işıqlandırmaq üçün ölkəmizə gəlmiş yaponiyalı jurnalist Masahiro Ovari deyib.

Artıq Formula 1 yarışı üçün beşinci dəfə Bakıya gəldiyini deyən Ovari bu yay ölkəsində keçiriləcək Tokio Yay Olimpiya Oyunları ilə bağlı fikirlərini açıqlayıb.

O, ölkəsində sadə xalqın bu yarışın keçirilməsini istəmədiyini bildirib:

“Biz indi Yaponiyada bütün imkanlardan yararlana bilirik. Çoxlu məhdudiyyətlər yoxdur. Amma əcnəbilər ölkəmizə gəldikdən sonra məhdudiyyətlər olacaq. Bizdə 10 faiz insan vaksin olunub. Ancaq belə olduqda gərək tez-tez test verək”.

O, həmçinin Azərbaycan Qran Prisini təşkilatçılığa görə gələcəkdə ilk “beşliy”ə düşməyə namizəd görüb. Əksər Formula 1 yarışları üçün səfər edən yaponiyalı qonağın sözünə görə, Bakıda təşkilatçılıq ilk “onluq”dadır.

Səbuhi Musayev