Argentina futbol klubu 116 illik tarixində ilk yüksəksəviyyəli mükafatını qazanıb – FOTO

02:40 07-06-2021 24

Futbol üzrə Argentina kubokunun qalibi bəlli olub.

Final qarşılaşmasında “Kolon” klubu “Rasinq” üzərində 3:0 hesablı qələbə qazanaraq, ölkə kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, bu, klubun 116 illik tarixində ilk yüksəksəviyyəli mükafat olub. İndiyədək “Kolon” yalnız 1965-ci ildə Argentinanın ikinci divizionunun qalibi kimi fərqlənib.  

Xatırladaq ki, hazırda Argentina kuboku əfsanəvi Dieqo Maradonanın adını daşıyır.