Cenevrə səması Putin - Bayden görüşü zamanı bağlanacaq

04:20 07-06-2021 26

ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında Cenevrədə keçiriləcək görüş zamanı şəhərin hava məkanı qapadılacaq.

Bu barədə İsveçrənin “NZZ am Sonntag” nəşri məlumat verib.

Bildirilib ki, hazırda ölkənin federal aviasiya idarəsi və Hərbi Hava Qüvvələri məsələnin detallarını müzakirə edir.   

Qeyd edək ki, Putin - Bayden görüşü iyunun 16 da baş tutacaq. Bu, ABŞ-ın yeni administrasiya rəhbəri ilə Rusiya dövlət başçısı arasında ilk şəxsi görüş olacaq.