“Çelsi” Holandın transferi üçün danışıqlara başladı

17:20 08-06-2021 24

“Çelsi” Dortmund “Borussiya”sında forma geyinən  Erlinq Holandı transfer etmək istəyir.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Qeyd olunur ki, “Çelsi”ni alman mütəxəssis Tomas Tuxelin çalışdırması Holandın marağını cəlb edib.

Artıq klublar arasında da danışıqlar başlayıb. Futbolçunun transferi London klubuna 200 milyon avroya başa gələ bilər.