UEFA Çempionlar Liqasının yeni mövsümünün ilk püşkatması keçirilib

00:00 09-06-2021 21

İsveçrənin Neon şəhərində 2021/2022-ci illər mövsümü UEFA Çempionlar Liqasının ilkin raundunun püşkatma mərasimi keçirilib. Mini-turnir formatında keçirilən raundun qalibi birinci təsnifat mərhələsinə çıxış imkanı qazanacaq.

İlk yarımfinal oyununda iyunun 22-də “Folqore” (San-Marino) və “Priştina” (Kosovo) klubları qarşılaşacaq. Üç gün sonra keçiriləcək ikinci yarımfinal isə “Torshavn” (Farer adaları) və “İnter Eskaldes” (Andorra) arasında baş tutacaq.

Final görüşünün qalibi 6-7 və 13-14 iyulda təşkil olunacaq birinci təsnifat mərhələsində iştirak hüququ əldə edəcək. Məğlub olan üç klub isə Konferensiyalar Liqasının təsnifat mərhələsində oynayacaq.