Ermənistanın törətdiyi ekoloji terrorla bağlı beynəlxalq platformalarda iddialar qaldırılacaq - RƏSMİ

17:40 15-07-2021 350

“Qarabağda Ermənistan tərəfindən törədilən ekoloji terrorla bağlı hazırda ekoloji qiymətləndirmə işləri gedir, daha sonra müvafiq beynəlxalq platformalarda Ermənistanın cəzalandırılması üçün iddialar qaldırılacaq”.

Bunu ADA Universitetində Meşələrin mühafizəsi və davamlı inkişafı mövzusunda keçirilən debatda İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova bildirib.

Onun sözlərinə görə, belə həssas dönəmdə bütün ekofəallar diqqətli olmalıdırlar:

“Ağac kəsintisi ilə bağlı məsələlərin erməni mediasının və bəzi ermənipərəst beynəlxalq mətbuatın gündəminə gətirilməsinə rəvac verməsinlər”. 

O qeyd edib ki, ümumiyyətlə bəzən xırda hesab olunan neqativ məlumatların xarici mediaya çıxarılması Azərbaycanın milli maraqlarına, Ermənistanın Qarabağda insanlığa və təbiətə qarşı törətdiyi ekoloji terrorun beynəlxalq müstəvidə ifşa olunmasına maneə yarada bilər.

İlhamə Əbülfət