ABŞ-ın hərbi helikopteri Buxarestin mərkəzində qəzalı eniş etdi - FOTO/VİDEO

22:40 15-07-2021 18

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi “Black Hawk” helikopteri Buxarestdə sıx yola qəzalı eniş edib.

Bu barədə RT kadrlar yayıb.

Məlumata görə, helikopter qrupu 20 iyul tarixində keçiriləcək Rumıniya Aviasiya Günü öncəsi məşq keçirib. Bu zaman helikopterlərdən biri qəfil hündürlüyü itirməyə başlayıb, iki işıq dirəyini yıxaraq yola eniş edib.

Qəzalı enişə nəyin səbəb olduğu bildirilmir. Xəsarət alan yoxdur.