Azərbaycan Özbəkistana 50 min doza vaksin göndərib - FOTO

00:40 16-07-2021 335

Azərbaycandan Özbəkistana 50 min doza miqdarında koronavirusa qarşı vaksin göndərilib.

Bu barədə beynəlxalq peyvənd təminatı təşəbbüsü COVAX-ın tərəfdaşı qismində çıxış edən YUNİSEF-ın Özbəkistan nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, COVID-19 əleyhinə vaksinlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb.