Gəncədə avtomobil motosikletlə toqquşub, xəsarət alan var

21:20 16-07-2021 336

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, şəhər ərazisində avtomobilin motosikletlə toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsində olan Pərviz Kazımov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.