Rusiyada ağcaqanad burulğanı qeydə alınıb – VİDEO

23:00 18-07-2021 18

Kamçatkada qeyri-adi təbiət hadisəsi müşahidə olunub.

“Korrespondent” məlumat verir ki, ərazidə ağcaqanadlardan ibarət burulğan qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, belə burulğan insanlar üçün təhlükəli deyil.

“Bu ova çıxmış ağcaqanadlar deyil. Cütləşmək üçün bir neçə dişi ətrafında dövrə vuran erkəklərdir”, - deyə zooloq Lüdmila Lobkova izah edib.

O, belə halların hər il baş verdiyini bildirib.