Şəkidə pul daşıyan maşınıla “Jiquli” toqquşdu, xəsarət alanlar var – FOTO

19:40 19-07-2021 20

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan inkassator maşını və “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.