Hacıqabulda altı avtomobil toqquşub, xəsarət alanlar var

22:40 20-07-2021 18

Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.