Rusiya klubu “Keşlə” barədə yetərincə məlumat tapa bilməyib

19:00 21-07-2021 32

“Soçi” futbol klubu Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Keşlə” barədə çox az məlumat əldə edə bilib.

Bunu Rusiya klubunun baş məşqçisi Vladimir Fedotov mətbuat konfransında bəyan edib.

“İstənilən rəqibə hörmət edirik, komandanı araşdırmışıq, ancaq məlumatımız azdır. Çox sayda futbolçular komandanı tərk edib, yeniləri gəlib. Onlar üç oyun keçiriblər. Hamısını da Azərbaycandan olan klublarla. Bu oyunlara aid bir video belə tapa bilmədik. Yalnız əvvəlki məşqçi Sənan Qurbanovun rəhbərliyi altında matçları izlədik, oyunçularla bağlı məlumatları ayrı-ayrılıqda nəzərdən keçirdik”, – deyə Fedotov bildirib.

Qeyd edək ki, komandalar arasında ilk görüş sabah, Soçinin “Fişt” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Soçi”nin mətbuat xidmətindən bildirilib ki, tribunaların yalnız 50%-nin tamaşaçılarla dolmasına icazə veriləcək.