Qadınlar ilk dəfə olaraq Həcc ziyarətində təhlükəsizliyi qorudu - FOTO

02:40 23-07-2021 326

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq Həcc ziyarətinin təhlükəsizliyi təmin etməyə qadınlar da cəlb edilib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Zərif cinsin nümayəndələri ziyarətgahın daxilində nizam-intizamın qorunmasına, xüsusən pandemiya şəraitində zəvvarların ictimai yerlərdə təhlükəsizlik məqsədilə riayət etməli olduqları davranış qaydalarına nəzarətin təşkil edilməsinə cəlb olunublar.

Ziyarətgahın təhlükəsizlik xidmətində çalışan Mona adlı qadın ibadət edənlərə xidmət etməyin çox nəcib və şərəfli bir vəzifə olduğunu bildirib.

Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanı koronavirus pandemiyasına görə 60 min nəfərlik say məhdudiyyəti tətbiq etməklə yalnız ölkə vətəndaşlarının Həcc ziyarətinə icazə verib.