“Bluetooth”u dəstəkləyən cihazlar təhlükə qarşısında

07:40 08-09-2021 661

“Bluetooth”u dəstəkləyən çox sayda smartfon, noutbuk və bu kimi cihazlar təhlükə qarşısındadır.

Belə ki, məlumatların ötürülməsi texnologiyasının protokolunda ciddi çatızmazlıq aşkarlanıb.

Sinqapur Texnoloji Universiteti mütəxəssisləri tərəfindən üzə çıxarılan bu fenomenə “BrakTooth” adı verilib. Alimlərin sözlərinə görə, 1400 smartfon, noutbuk, klaviatura və ya qulaqcıq modelləri onun mənfi təsirinə məruz qala bilər.

“BrakTooth”dan istifadə edərək hakerlər cihazdan bir çox məlumatları silə bilərlər.

Ekspertlər istehsalçıları tez bir zamanda bu qüsuru aradan qaldırmağa çağırıblar.

Mənbə: “RİA Novosti”