Türkiyədə ukraynalı xanım filmdən təsirlənərək görünməmiş üsulla intihar edib

08:20 08-09-2021 34

Əli arxadan qandallanmış, ağzı bağlı və başına torba keçirilmiş halda öz mənzilində ölü tapılan gənc xanımın intihar etdiyi məlum olub.

Qəribə intihar hadisəsi Türkiyənin Bodrum bölgəsində yaşanıb.

Hələ bu il yanvarın 2-də 25 yaşlı Ukrayna vətəndaşı Kristina Novitskayanın ölü halda aşkar edilən cəsədi kriminalistləri təəccübləndirib. Belə ki, istər evdə, istərsə də meyitin üzərində hər hansı bir zorakılıq əlaməti görülməyib.

Kamera görüntüləri də mənzilə son dəfə onun sahibəsinin daxil olduğunu sübut edib. Aparılan araşdırmalar onun evdə tək olduğunu təsdiqləyib.

Mənzildən tapılan çox sayda antidepresant və Kristinanın anasının ifadələri xanımın psixi durumunun yaxşı olmadığını üzə çıxarıb.

Ekspertlər mərhumun Kevin Speysi və Keyt Uinsletin çəkildiyi “Devid Qeylin həyatı” filmindən təsirlənərək orada göstərilən kimi intihar etməsi qənaətinə gəliblər.

Məhkəmənin bu gün açıqlanan qərarı ilə ölüm faktı intihar kimi təsdiq olunub və cinayət işi bağlanıb.

Mənbə: “Haber Global”